“Norway Chess”: Şəhriyar Məmmədyarov hindistanlı Qukeş Dommaraku ilə qarşılaşacaq
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində növbəti oyununu keçirəcək.

38 yaşlı qrosmeyster üçüncü turda hindistanlı Qukeş Dommaraku ilə üz-üzə gələcək. Ş.Məmmədyarov hazırda 1,5 xalla norveçli Maqnus Karlsenlə birlikdə 8-9-cu pillələri bölüşür. Aktivində 3 xal olan Dommaraku isə Fransanı təmsil edən Alireza Firuzca ilə 4-5-ci yerdədir.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1,5, məğlub olan tərəf isə 1 xal əldə edir.

Xəbər 129 dəfə oxundu.