Rafael Ağayevin “Karate Combat”dakı növbəti rəqibi bəlli olub
Azərbaycanın karate üzrə beşqat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin peşəkarların mübarizə apardığı "Karate Combat"dakı növbəti rəqibi bəlli olub.

idmançımız “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı ABŞ-dan olan Coş Kuayhagenlə qarşılaşacaq.

Döyüş iyunun 24-də Florida ştatının Mayami şəhərində baş tutacaq.

Qeyd edək ki, Rafael Ağayev "Karate Combat" turnirində 2018-ci ildə debüt edib.

Xəbər 116 dəfə oxundu.