“Real”ın yarımmüdafiəçisi Premyer Liqa klubu ilə anlaşıb
“Real”ın yarımmüdafiəçisi Marko Asensio “Aston Villa”ya keçməyə hazırlaşır.

ispaniyalı futbolçu Premyer Liqa təmsilçisi ilə ortaq məxrəcə gəlib.

İyirmi yeddi yaşlı hücumameyilli oyunçu ingilislərlə ildə səkkiz milyon avro maaşla olmaqla ilkin müqavilə imzalayıb.

İspaniya millisinin üzvü sözləşməsi başa çatan “Real”ı azad agent kimi tərk etmək qərarına gəlib. Futbolçu ilə PSJ, “Yuventus” və “Milan” da maraqlanırdı.

Qeyd edək ki, Marko Asensio 2015-ci ildən “Real”ın formasını geyinir.

Xəbər 113 dəfə oxundu.