Azərbaycan millisinin baş məşqçisi: Taekvondoçularıma çox inanıram
Uzun zamandır taekvondo üzrə dünya çempionatına hazırlaşırdıq. Çempionatda beş qadın idmançımız dayanq üzərinə çıxacaq. Artıq bir idmançımız – Fəridə Əzizova mübarizəni başa vurub.

Bu sözləri qadın taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Sona Pak müsahibəsində deyib.

Mütəxəssis bildirib ki, qadınlardan ibarət millinin bir sıra nailiyyətləri var. Qızlarımıza çox inanıram. Ümid edirəm ki, onlar qələbələri ilə Azərbaycan xalqını və bütün taekvondo azarkeşlərini sevindirəcəklər.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

Xəbər 125 dəfə oxundu.