Cüdo üzrə U-23 Bakı çempionatı keçiriləcək
İyunun 2-də Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 23 yaşadək kişilər və qadınlar arasında paytaxt çempionatı keçiriləcək.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir iyulun 11-13-də keçiriləcək 23 yaşadək qadınlar və kişilər arasında Azərbaycan çempionatına seçim xarakteri daşıyır.

Xəbər 129 dəfə oxundu.