“Qarabağ” klubu Ramil Şeydayev və Filip Ozobiçlə yollarını ayırıb
Ağdamın “Qarabağ” klubu futbolçular Ramil Şeydayev və Filip Ozobiçlə yollarını ayırıb.

Klub oyunçularının müqavilələrinin başa çatdığını xatırladıb. Ölkə çempionu onlara xidmətlərinə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, Filip Ozobiç 2018-ci ildən "Qarabağ"ın formasını geyinib. Ramil Şeydayev isə 2017-2018-ci il mövsümündə və 2021-ci ildən komandanın uğurları üçün çalışıb.

Xəbər 117 dəfə oxundu.