Taekvondoçularımızın Bakıda keçirilən dünya çempionatında ilk rəqibləri bəlli olub
Azərbaycanın taekvondoçularının Bakıda keçirilən dünya çempionatında ilk rəqibləri bəlli olub.

Çempionatda 80 kiloqram çəki dərəcəsində çıxış edəcək Əliəskər Əliyev 1/16 final mərhələsində seneqallı Ababakar Soumare ilə qarşılaşacaq. İdmançı 1/32 finalda Qabon təmsilçisi Teddi Opoya Lessakoladan üstün olub.

Millimizin digər üzvü Taleh Süleymanov (87 kq) eyni raundda belçikalı Manuel Pollet ilə üz-üzə gələcək. Belçika taekvondoçusu Laurentiu Snakovu (Rumıniya) məğlub edib.

Qadınların yarışında “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova 1/16 finalda Yaponiya idmançısı Çina Murakamini sınağa çəkəcək. Yaponiyalı taekvondoçu finlandiyalı Jenna Ylonenə qalib gəlib.

Qeyd edək ki, millimizin üç üzvü – Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq) və Fəridə Əzizova (67 kq) çempionatı mükafatsız başa vurublar.

Xəbər 125 dəfə oxundu.