Azərbaycanın daha iki taekvondoçusu dünya çempionatında mübarizəni dayandırıb
Azərbaycanın daha iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb.

58 kq çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 final mərhələsində Kay Çenqə (Çin) uduzub. Qadınların yarışında 67 kq çəki dərəcəsində Fəridə Əzizova 1/16 finalda Kristina Teaçota (ABŞ) məğlub olub.

Qeyd edək ki, ilk gündə Cavad Ağayev (68 kq) medal qazana bilməyib. Turnir iyunun 4-də başa çatacaq.

Xəbər 113 dəfə oxundu.