Bu gün Azərbaycan Basketbol Liqasının qalibi bəlli olacaq
Azərbaycan Basketbol Liqasında final seriyasının sonuncu - beşinci oyunu keçiriləcək.

“Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gələcəklər.

Qalib gələn kollektiv ölkə çempionu adına sahib çıxacaq. Dörd görüşdən sonra ümumi hesab bərabərdir - 2:2.

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı məğlub edərək bürünc medala sahib çıxıb.

Xəbər 129 dəfə oxundu.