Badminton üzrə uşaqlar arasında ölkə birinciliyinə yekun vurulub
Mayın 26-dan 29-dək keçirilən 2009-2010 təvəllüdlü uşaqlar arasında ölkə birinciliyinə yekun vurulub.

Bakı ilə yanaşı Gəncə, Lənkəran, Siyəzən və Qusardan 46 oğlan və 35 qız iştirakçı 5 kateqoriya üzrə qalibləri müəyyənləşdirib.

Şəxsi oğlanlarda Əli Gözəlov, qızlarda Leyla Camalzadə, qoşa oğlanlarda Əli Gözəlov - Fazil Quliyev, qoşa qızlarda Leyla Camalzadə - Aysu Kərimzadə, qarışıq qoşada Əli Gözəlov - Leyla Camalzadə birinci yerə layiq görülüblər.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə birinciliyinin mükafatçıları diplom və medallarla təltif olunublar.

Xəbər 162 dəfə oxundu.