Taekvondoçu Cavad Ağayev dünya çempionatında mübarizəni dayandırıb
Azərbaycan taekvondoçusu Cavad Ağayev (68 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

Təmsilçimiz “Baku Crystal Hall”da təşkil olunan yarışın 1/16 final mərhələsində Çin idmançısı Çenminq Ksyao ilə qarşılaşıb. Dünya çempionatının bürünc mükafatçısı bu görüşdə rəqibinə məğlub olaraq yarışda çıxışını başa vurub.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.

Xəbər 127 dəfə oxundu.