Türk ulduz «Qırmızı şeytanlar»ın radarında
Dortmund «Borussiya»sının türk əslli almaniyalı ulduzu İlkay Gündoğan İngiltərənin nəhəng klublarının radarına düşüb. «Daily Star»ın xəbərində Dortmunda transfer olmadan əvvəl də ser Aleks Ferqyusonun siyahısında olan İlkay ilə «Mançester Yunayted» yaxından maraqlanır və bundan əlavə «Tottenhem» də yarımmüdafiəçiyə təklif verməyə hazırlaşır. Digər yandan «Mançester»in «Borussiya»nın polşalı qolçusu Robert Levandovskidə də gözü var.

İdman.com.az saytı xəbər verir ki, İlkay Gündoğan «Nürnberq»in yetirməsidir. Daha sonra «Borussiya»da Nuri Şahinin boşluğunu doldurmaq üçün Dortmund klubuna transfer edilmişdi. İngilis klublarının İlkay üçün ödəməyə hazır olduqları məbləğin 20 milyon funt ətrafında olduğu güman edilir.

Xəbər 1150 dəfə oxundu.