Lionel Messi vida oyununa dəvət olunub
“Barselona” klubunun sabiq futbolçusu Xuan Rikelme vida oyunu keçirəcək.

iyunun 25-də oynanılacaq matçın ertəsi günü Rikelmenin 45 yaşı tamam olacaq.

Komandalardan birinə məşqçi Karlos Byanki rəhbərlik edəcək.

Oyunda PSJ-nin hücumçusu Lionel Messi, “Yuventus”un oyunçuları Anxel Di Mariya və Leandro Paredes də iştirak edəcəklər.

Matça, həmçinin Rikelmenin sabiq komanda yoldaşları da qatılacaqlar.

Qeyd edək ki, sabiq yarımmüdafiəçi 2015-ci ildə peşəkar karyerasını başa vurub.

Xəbər 111 dəfə oxundu.