“Qarabağ” klubundan Müstəqillik Günü münasibətilə azarkeşlərə sürpriz
Ağdamın “Qarabağ” klubunun Azərbaycan Premyer Liqasının XXXVI turu çərçivəsində “Turan Tovuz”la “Azersun Arena”da keçirəcəyi görüş üçün biletlər pulsuz olacaq.

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müstəqillik Günü münasibətilə mayın 28-də keçiriləcək mövsümün sonuncu oyununa giriş pulsuzdur. Bu matçdan dərhal sonra "Qarabağ"a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.

Bu qarşılaşma üçün yalnız VIP biletlər satışdadır.

Qeyd edək ki, "Qarabağ" - "Turan Tovuz" görüşü sabah saat 19:30-da start götürəcək.

Xəbər 111 dəfə oxundu.