Bu gün Azərbaycan Premyer Liqasında sonuncu tura start veriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI tura start veriləcək.

ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

“Sumqayıt” komandası “Zirə”ni, “Qəbələ” “Kəpəz”i qəbul edəcək. Bu görüşlər UEFA Konfrans Liqasına vəsiqə üçün önəmlidir. "Qəbələ" məğlub olmasa avrokuboklarda iştirakını rəsmiləşdirəcək.

Çempionatın autsayderləri "Səbail" və "Şamaxı" "ASCO Arena"da münasibətlərə aydınlıq gətirəcəklər. "Səbail"ə elitada qalmaq üçün heç-heçə də kifayət edəcək. Bölgə klubu isə I Diviziona düşməmək üçün mütləq qələbə qazanmalıdır. "Sumqayıt" - "Zirə" , "Qəbələ" - "Kəpəz" oyunları 17:30-da, “Səbail" - "Şamaxı" matçı isə 20:00-da başlayacaq.

Premyer Liqanın sonuncu günü –mayın 28-də "Neftçi" klubu "Sabah", "Qarabağ" isə "Turan Tovuz" ilə qarşılaşacaq.

Xəbər 107 dəfə oxundu.