Cüdoçumuz Rəşid Məmmədəliyev Qran-Pri turnirində finala yüksəlib
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində keçirilən Qran-Pri turnirində finala yüksəlib.

Turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda Moldova təmsilçisi Adil Osmanova qalib gəlib.

O, həlledici qarşılaşmada İsraildən olan Tohar Butbulla üz-üzə gələcək.

Qeyd edək ki, ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıblar.

Xəbər 121 dəfə oxundu.