“Real Madrid”in kapitanı yeni uğura imza atıb
“Real Madrid” futbol klubunun kapitanı Kərim Benzema yeni uğura imza atıb.

Fransalı hücumçu ardıcıl üçüncü mövsüm klubda bütün yarışlarda ən azı 30 qol vurur.

Otuz beş yaşlı forvard karyerasında ilk dəfədir belə nailiyyət göstərir.

O, 2020-2021-ci il mövsümündə 44, ötən mövsüm isə 30 qol vurub.

Qeyd edək ki, "Qızıl top" mükafatının son qalibi də Kərim Benzemadır.

Xəbər 103 dəfə oxundu.