Elçin Məsiyev Avropa çempionatının dörddəbir final mərhələsinin oyununu idarə edəcək
On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsi çərçivəsində keçirilən oyunlarda iştirak edən FIFA referisi Elçin Məsiyev daha bir vacib matça təyinat alıb.

E.Məsiyev mayın 27-də çempionatın dörddəbir final mərhələsində üz-üzə gələcək Polşa və Serbiya komandalarının oyununda baş hakim olacaq. Ona Elşad Abdullayev və slovakiyalı yan xətt hakimi Peter Bednar kömək edəcəklər.

Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi Macarıstanda keçirilir.

Xəbər 102 dəfə oxundu.