“Yuventus” klubu qapıçısı ilə müqaviləni yeniləyib
İtaliyanın “Yuventus” klubu qapıçısı Karlo Pinsolyo ilə müqaviləni yeniləyib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qolkiper ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Otuz üç yaşlı futbolçu “Yuventus”un yetirməsi olsa da, bu komandada 5 rəsmi oyuna çıxıb. Əvəzində o, “Peskara”, “Viçentsa”, “Modena”, “Livorno”, “Latina” kimi klublarda icarə əsasında çıxış edib.

Xəbər 102 dəfə oxundu.