Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Bakıda səfərdədir
Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Eyup Zafer Gökbilen Bakıda səfərdədir.

Eyup Zafer Gökbilen mayın 27-28-də Bakıda keçiriləcək budo döyüş növləri üzrə beynəlxalq turnirin fəxri qonağı olacaq.

Turnirdə Azərbaycan ilə yanaşı, Pakistan, İraq, Tacikistan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistandan 300-dək idmançı medallar uğrunda yarışacaq.

Yeniyetmə, gənc və böyüklər arasında təşkil olunacaq turnir “fri kontakt”, “full kontakt” və “submission” qaydaları üzrə baş tutacaq.

Xəbər 110 dəfə oxundu.