“Qəbələ”nin futbolçusu Rövlan Muradov Azərbaycan Premyer Liqasında 100-cü oyununa çıxıb
“Qəbələ”nin futbolçusu Rövlan Muradov Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib. İyirmi beş yaşlı yarımmüdafiəçinin yubileyi XXXV turun “Şamaxı” ilə matçına təsadüf edib.

Meydana start heyətində çıxan futbolçu ölkə çempionatında 100-cü dəfə şans qazanıb. Premyer Liqada yalnız “Qəbələ” forması geyinən R.Muradov bu matçlarda 10 qol vurub.

Onun debütü 2018-2019-cu il mövsümünə təsadüf edib. Futbolçu Premyer Liqada “qırmızı-qara” forma ilə 100 və daha çox matç keçirən səkkizinci oyunçudur.

Xatırladaq ki, “Şamaxı” – “Qəbələ” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

Xəbər 115 dəfə oxundu.