Yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək
Mayın 26-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyinə start veriləcək.

Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, iki gün davam edəcək yarışda paytaxtın müxtəlif idman klubları və cəmiyyətlərinin atletləri ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Bərdə, Astara, Quba, İsmayıllı, Xızı və Beyləqan təmsilçiləri mübarizə aparacaqlar.

Yarış Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək.

Xəbər 158 dəfə oxundu.