Cüdoçumuz Kamran Süleymanov Avstriya Qran-Pri turnirinin finalına yüksəlib
Azərbaycan cüdoçusu Kamran Süleymanov Avstriyanın Linz şəhərində keçirilən Qran-Pri yarışında finala yüksəlib.

Turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız həlledici görüşdə ispaniyalı David Qarsiya Torne ilə üz-üzə gələcək.

Digər cüdoçumuz Nazir Talıov bürünc medal uğrunda qarşılaşmada Ukrayna idmançısı Artem Lesiuk, Gültac Məmmədəliyeva (52 kq) isə ispan Ariane Toro Solerlə görüşəcək.

Qeyd edək ki, Qran-Pri turnirinə mayın 27-də yekun vurulacaq.

Xəbər 112 dəfə oxundu.