Qazimiz Ömər Bozbaxov İsveçrə Qran-Pri turnirində gümüş medal qazanıb
Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika üzrə milli komandasının üzvü Ömər Bozbaxov İsveçrənin Notvil şəhərində keçirilən Qran-Pri turnirində gümüş medal qazanıb.

Nüvə itələmə yarışında 11.96 metr nəticə göstərən təmsilçimiz mükafatçılar sırasında yer alıb.

Beləliklə, qazimiz iyulda Parisdə keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya qazanıb.

Xəbər 150 dəfə oxundu.