Boksçumuz beynəlxalq turnirin yarımfinal mərhələsinə yüksəlib
Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə dörddəbir final mərhələsinə yekun vurulub. Döyüşlərin yekununa əsasən Azərbaycan millisinin 1 boksçusu qələbə qazanıb.

Turnirdə 66 kiloqram çəki dərəcəsində rinqə çıxan Şəhla Allahverdiyeva Asuteya Ausiuteni (Litva) 4:1 hesabı ilə məğlub edib. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Şəhla Allahverdiyeva finala gedən yolda fransalı Fatia Benmessahellə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

Xəbər 130 dəfə oxundu.