“Sportinq” yarımmüdafiəçisini 60 milyon avroya PSJ-yə satıb
Uruqvay millisinin yarımmüdafiəçisi Manuel Uqarte karyerasını Fransada davam etdirəcək.

“Sportinq” oyunçusunu PSJ-yə satıb.

Klublar arasında danışıqlar artıq müsbət yekunlaşıb. Razılığa əsasən, Paris təmsilçisi keçid müqabilində Portuqaliya komandasına 60 milyon avro ödəyəcək. Futbolçu yeni komandası ilə beşillik müqavilə imzalayacaq.

Qeyd edək ki, 22 yaşlı futbolçu 2021-ci ildən “Sportinq”də çıxış edir.

Xəbər 94 dəfə oxundu.