“Qrasshopper”in futbolçusu Renat Dadaşov Azərbaycan millisinə dəvət alıb
İsveçrənin “Qrasshopper” futbol klubunun hücumçusu Renat Dadaşov Azərbaycan millisinə çağırılıb.

Bu barədə İsveçrənin “Blick” nəşri məlumat yayıb.

Qeyd olunub ki, “Qrasshopper” iyunun 19-da yeni mövsümün təlim-məşq toplanışına yığışacaq. Lakin 24 yaşlı forvard hazırlığın ilk günlərini buraxmalı olacaq. Çünki futbolçu həmin vaxt Azərbaycan millisinin düşərgəsində olacaq.

Yığmamız iyunun 17-də “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində Estoniya ilə qarşılaşacaq. Görüş “Dalğa Arena”da baş tutacaq.

Xəbər 119 dəfə oxundu.