"Borussiya" futbolçusu Mats Hummelslə müqaviləni yeniləyib
Almaniyanın "Borussiya" (Dortmund) klubu futbolçusu Mats Hummelslə müqaviləni yeniləyib.

Bu barədə klubun saytı məlumat yayıb.

Otuz dörd yaşlı hücumçu klubla 2024-cü ilin yayınadək müqavilə imzalayıb. Futbolçunun əvvəlki müqaviləsi isə bu ilin yayınadək idi.

Qeyd edək ki, 2008-2016-cı illərdə də "Borussiya"da oynayan Hummels 2019-cu ildə yenidən bu komandaya qayıdıb. O, "Borussiya" ilə iki dəfə Almaniya çempionu olub, iki dəfə ölkə kubokunu və Superkubokunu qazanıb. Bu mövsüm futbolçu 37 oyun keçirib və 1 qol vurub.

Xəbər 102 dəfə oxundu.