Cüdoçularımızın Avstriya Qran-Pri turnirindəki ilk rəqibləri bəlli olub
Avstriyanın Linz şəhərində keçiriləcək cüdo üzrə Qran-Pri turnirində Azərbaycan təmsilçilərinin ilk rəqibləri bəlli olub.

Azərbaycanın cüdo üzrə milli komandası yarışda 8 çəki dərəsində 8 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq.

Püşkə əsasən, Nazir Talıbov mərakeşli Younes Saddiki, Əhməd Yusifov (hər ikisi 60 kq) Dilan Munro (Böyük Britaniya), Kamran Süleymanov (66 kq) Cason Patrik Zakko (Mərkəzi Afrika Respublikası), Rəşid Məmmədəliyev İspaniya idmançısı Daniel Seqado Fernandez, Nurlan Osmanov (hər ikisi 73 kq) Telmo Qomes (Portuqaliya), Zelim Tçkayev (81 kq) Dominik Ressel (Almaniya) - Leon Tsçilikin (Avstriya) görüşünün qalibi, Murad Fətiyev ispaniyalı Daniel Nieto Trinidad, Elcan Hacıyev (hər ikisi 90 kq) belçikalı Karel Foubert, Leyla Əliyeva Sloveniya cüdoçusu Marusa Stanqar, Şəfəq Həmidova (hər ikisi 48 kq) serbiyalı Nevena Miliç, Gültac Məmmədəliyeva (52 kq) Karina Klaus-Sternvieser (Avstriya) - Erza Muminoviq (Kosova) görüşünün qalibi, Fidan Əlizadə (57 kq) Mariya Ruiz Muro (İspaniya) ilə qarşılaşacaq.

Turnirə mayın 25-də start veriləcək.

Xəbər 136 dəfə oxundu.