“Qarabağ”ın futbolçuları “Ümid yeri” uşaq sığınacağında olublar | |
Mayın 24-də “Qarabağ” klubunun futbolçuları Binə qəsəbəsində yerləşən "Ümid yeri" uşaq sığınacağında olublar. Ağdam təmsilçisinin direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər məsul əməkdaşlar, futbolçular - Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı, Adama Diakabi və Kevin Medina uşaqlarla görüşüblər. Görüşdə uşaqlara xatirə hədiyyələri təqdim olunub. Daha sonra uşaqlar topla öz istedadlarını nümayiş etdiriblər. |
|
Xəbər 112 dəfə oxundu. |
|
|