Azərbaycanın iki avarçəkəni Avropa çempionatında iştirak edəcək
Azərbaycan millisi Sloveniyanın Bled şəhərində keçiriləcək akademik avarçəkmə üzrə Avropa çempionatında iki idmançı ilə təmsil olunacaq.

Turnirdə Bəhmən Nəsiri və Ziya Məmmədzadə mübarizə aparacaqlar.

Ziya Məmmədzadə yüngül, Bəhmən Nəsiri isə ağır çəkili avarçəkənlər arasında çıxış edəcəklər. Hər iki idmançı 2 min metr məsafədə yarışacaq.

Qeyd edək ki, Avropa çempionatı mayın 25-28-də keçiriləcək.

Xəbər 165 dəfə oxundu.