MMA döyüşçümüz Rafael Fiziyevin reytinq cədvəlindəki mövqeyi müəyyənləşib
Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyevin öz kateqoriyası üzrə reytinq cədvəlindəki mövqeyi müəyyənləşib.

30 yaşlı idmançı yüngül çəkidə 6-cı pillədə yer alıb.

Martdakı döyüşdə ona qalib gələn ABŞ təmsilçisi Castin Geyci üçüncü sırada qərarlaşıb. Yüngül çəki üzrə reytinqə braziliyalı Çarles Oliveyra başçılıq edir. İkinci yerin sahibi amerikalı Dastin Poryedir.

Bütün kateqoriyaların qalibləri ayrıca top-reytinqdə sıralanıblar. Fiziyevin də yer aldığı yüngül çəkidə rusiyalı çempion İslam Maxaçev ümumi reytinqin üçüncü pilləsindədir. Ağır çəkidə çempion olan amerikalı Con Cons isə ümumi reytinqə başçılıq edir.

Xəbər 92 dəfə oxundu.