Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb
Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir start götürüb. Yarışda Azərbaycan millisinin heyətində ilk olaraq rinqə çıxan Məhsəti Həmzəyeva (57 kq) qələbə qazanıb.

Bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, səkkizdəbir final çərçivəsində ukraynalı Tatyana Kravçiki sınağa çəkib. M.Həmzəyeva ikinci raundda rəqibini tam üstünlüklə məğlub edib. Yığma üzvü yarışın üçüncü günündə Svetlana Staneva (Bolqarıstan) ilə üz-üzə gələcək.

Bu gün, həmçinin millimizin boksçularından Mehparə Məmmədova (48 kq) Olqa Şlimovanı (Ukrayna), Anaxanım İsmayılova (50 kq) Zlatislava Çukanova-Giorgiyevanı (Bolqarıstan), Zeynəb Rəhimova (57 kq) Teresa Makineni (Finlandiya), Şəhla Allahverdiyeva (66 kq) Asuteya Ausiuteni (Litva), Aynur Rzayeva (75 kq) Kerri Devisi (İngiltərə) sınağa çəkəcək.

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

Xəbər 199 dəfə oxundu.