Kriştiano Ronaldo qol vurduqdan sonra səcdə edib
Mövsümün əvvəlindən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldo “Əl-Şəbab Ər-Riyad” ilə matçda komandasına qələbə qazandıran qolu vurduqdan sonra səcdə edib.

Portuqaliyalı ulduz futbolçunun səcdə etməsini komanda yoldaşları alqışlarla qarşılayıb.

Həmin anının görüntüləri sosial şəbəkədə gündəm olub.

Qeyd edək ki, görüş “Əl-Nəsr” klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 107 dəfə oxundu.