“Sparta” klubu Çexiya çempionatının qalibi olub
Praqanın “Sparta” futbol klubu Çexiya çempionatının 2022-2023-cü il mövsümünün qalibi olub.

Çempionatın XXXIV turunda komanda “Slovaçko” komandası ilə 0:0 hesablı heç-heçə edib. “Sparta” turnir cədvəlində ikinci pillədə qərarlaşan “Slaviya”nı üç xal qabaqlayır. Yarışın pley-off mərhələsində “Sparta” komandası “Slaviya”nı 3:2 hesabı ilə məğlub edib.

“Sparta” yeni mövsümdə UEFA Çempionlar Liqasında mübarizə aparacaq.

Komanda sonuncu dəfə 2014-cü ildə Çexiya çempionu olub.

Xəbər 108 dəfə oxundu.