Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçiriləcək
Mayın 24-də Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçiriləcək.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində “Sabah” və “Gəncə” komandaları üz-üzə gələcəklər.

İlk görüşdə paytaxt təmsilçiləri, ikinci qarşılaşmada isə gəncəlilər qələbə qazanıblar. Hazırda seriyada ümumi hesab bərabərdir - 1:1. Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Mayın 27-də qalib bəlli olmasa, üç gün sonra beşinci oyun gerçəkləşəcək.

Qeyd edək ki, daha əvvəl NTD komandası “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.

Xəbər 122 dəfə oxundu.