Goranboyda Müstəqillik Gününə həsr olunmuş voleybol üzrə zona birinciliyi keçiriləcək
Mayın 25-də Goranboy Olimpiya İdman Kompleksində 28 May - Müstəqillik Gününə həsr olunmuş voleybol üzrə zona birinciliyi keçiriləcək.

15 yaşadək qızlar və oğlanlar arasında təşkil olunacaq turnirdə ətraf rayonların komandaları iştirak edəcəklər.

Yarışın proqramına uyğun olaraq, mayın 25-də əvvəlcə iştirakçı komandaların məşqçiləri ilə iclas keçiriləcək. İclasda AVF-nin nümayəndələri və voleybol mütəxəssisləri iştirak edəcəklər. Ardınca qarşılaşmalar baş tutacaq.

Qeyd edək ki, bölgələrdə bu cür yarışların keçirilməsində əsas məqsəd perspektivli gənc oyunçuların müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.

Xəbər 123 dəfə oxundu.