Mövsümün sonunda “Liverpul” daha bir futbolçusu ilə yollarını ayıracaq
Mövsümün sonunda “Liverpul” daha bir futbolçusu ilə yollarını ayıracaq.

Baş məşqçi Yurgen Klopp yarımmüdafiəçi Artur Melonun da klubdan gedəcəyini açıqlayıb.

Braziliyalı orta sahə oyunçusu mövsümün əvvəlində “Yuventus”dan icarəyə götürülsə də, həmin vaxtdan bəri komandanın heyətində cəmi 13 dəqiqə meydanda olub. “Yuventus” da Arturu saxlamaqda maraqlı deyil. Turin təmsilçisi yayda futbolçunu transferə çıxaracaq.

Qeyd edək ki, bunadək Roberto Firmino, Nabi Keyta, Ceyms Milner və Aleks-Oksleyd Çemberlenin yayda “Liverpul”dan ayrılacağı açıqlanmışdı.

Xəbər 95 dəfə oxundu.