Qazilərimiz İsveçrədə keçiriləcək paraatletika üzrə Qran-Pridə iştirak edəcəklər
Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvləri, Qarabağ qaziləri Ömər Bozbaxov və Ramiz Sadıqlı İsveçrənin Notvil şəhərində keçiriləcək Qran-Pri turnirində ölkəmizi təmsil edəcəklər.

Hər iki idmançı Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq, idmançılar üçün təşkil edilmiş tibbi təsnifatdan uğurla keçib.

Ömər Bozbaxov (F57) və Ramiz Sadıqlı (F57) nüvə itələmə növündə iştirak edəcəklər.

Qran-Pri turniri cari ilin iyulunda Parisdə keçiriləcək dünya çempionatına lisenziya qazandırır.

Qeyd edək ki, atletika idman növü üzrə milli komandanın digər üzvü, Qarabağ qazisi Rasim Yaxin daha əvvəl keçirilmiş yarışlarda yüksək nailiyyətlər əldə edərək artıq dünya çempionatında iştirakını təmin edib.

Xəbər 100 dəfə oxundu.