Azərbaycanın qadın idman gimnastları dünya kuboku yarışlarında iştirak edəcəklər
İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Samirə Qəhrəmanova və Nazənin Teymurova Bolqarıstanın Varna şəhərində keçiriləcək “Challenge” seriyasına aid dünya kuboku yarışlarında iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, idmançılar artıq sözügedən şəhərə yollanıblar.

Qeyd edək ki, yarış mayın 25-28-də gerçəkləşəcək.

Xəbər 129 dəfə oxundu.