Millimizin sabiq futbolçusu “Qarabağ”ın heyətində 60-cı qolunu vurub
Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda “Qarabağ”ın heyətində 60-cı qolunu vurub.

Yarımmüdafiəçi Premyer Liqanın XXXV turunda fərqlənib. O, “Sumqayıt”la ev görüşündə (1:2) rəqib qapısına yol tapıb. Almeyda Ağdam klubunun heyətində Azərbaycan çempionatında 47, avrokuboklarda 8, ölkə kubokunda 5 qola imza atıb.

Oyunçu “Qarabağ”ın heyətində 2012-2013-cü il mövsümündə debüt edib. O, ilk qolu da “Sumqayıt”ın qapısından keçirib. Yarımmüdafiəçi 2012-ci il avqustun 12-də səfərdəki qarşılaşmada (6:1) fərqlənib.

Xəbər 109 dəfə oxundu.