Azərbaycan Premyer Liqasının sonuncu – XXXVI turunun oyun cədvəli açıqlanıb
Azərbaycan Premyer Liqasının sonuncu – XXXVI turunun oyun cədvəli açıqlanıb.

Turun görüşləri iki günü əhatə edəcək. Avrokuboklara iddia edən və elitada qalmaq uğrunda mübarizə aparan komandalar mayın 27-də meydana çıxacaqlar. Mayın 28-də isə medalçılar çıxış edəcək və sonra mükafatlandırma mərasimi təşkil olunacaq. Tədbir “Azersun Arena” baş tutacaq.

Tura mayın 27-də saat 17:30-da başlayacaq “Sumqayıt” – “Zirə” oyunu ilə start veriləcək. Qarşılaşma “Kapital Bank Arena”da keçiriləcək. Günün Qəbələ şəhər stadionunda oynanılacaq ikinci görüşündə “Qəbələ” və “Kəpəz” komandaları qarşılaşacaq. Bu qarşılaşma da saat 17:30-da start götürəcək. Həmin gün saat 20:00-da “Səbail” və “Şamaxı” komandaları “ASCO Arena”da üz-üzə gələcək.

Premyer Liqanın XXXVI turunun digər görüşləri mayın 28-də oynanılacaq. Saat 17:00-da “Bakcell Arena”da “Neftçi” – “Sabah”, saat 19:30-da “Azersun Arena”da “Qarabağ” – “Turan Tovuz” görüşləri keçiriləcək.

Xəbər 104 dəfə oxundu.