Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub.

ikinci oyun günündə daha dörd qarşılaşma oynanılıb.

Çempionluğunu rəsmiləşdirən "Qarabağ" komandası "Sumqayıt"ı qəbul edib. Görüş “Sumqayıt”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını Vüsal İsgəndərli və Səbuhi Abdullazadə vurublar. Ağdam təmsilçisinin heyətində isə Riçard Almeyda fərqlənib.

"Turan Tovuz" doğma meydanda "Səbail"lə heç-heçə edib - 2:2. Tovuz təmsilçisinin heyətində Şəhriyar Əliyev, Ayxan Quseynov, rəqib komandadan isə Franko Mazurek və Qoba Zakpa adlarını tabloya yazdırıblar.

"Şamaxı" - "Qəbələ" və "Sabah" - "Zirə" görüşləri isə qolsuz bərabərliklə başa çatıb.

Beləliklə, Premyer Liqada avrokuboka dördüncü vəsiqə və elitanı tərk edəcək klub sonuncu - XXXVI turda müəyyənləşəcək.

Qeyd edək ki, turun ilk matçında "Neftçi" "Kəpəz"i 3:1 hesabı ilə üstələyib.

Xəbər 100 dəfə oxundu.