Angelina Qrün ən yaxşılardan oldu
Qətərin paytaxtı Dohada başa çatan qadın voleybolçular arasında klublararası dünya çempionatının simvolik yığması açıqlanıb. İdman.com.az saytının məlumatına görə, Bakının “Rabitə” klubunun ikinci olduğu mundialın 8 nominasiyasında 1 voleybolçumuz dünyanın ən yaxşısı adını qazanıb.

Belə ki, Azərbaycan çempionunun bu mövsüm transfer etdiyi Angelina Qrün çempionatın topu oyuna ən yaxşı daxil edən voleybolçusu seçilib. Digər nominasiyalara gəlincə, qızıl medalların sahibi "Sollis Nestle"nin 4 voleybolçusu bütün rəqiblərini qabaqlayıb.

Yarışın ən dəyərli oyunçusu (MVP) və ən yaxşı hücumçusu adı Şeyla Kastroya, ən yaxşı müdafiəçisi Taysa Menezes, ən yaxşı topqəbuedicisi Jaklin Karvalyo və ən yaxşı liberosu Camila Brayt olub. Ən yaxşı blokçu nominasiyasında Yessika Yones (“Lançeras de Katano”, Puerto-Rika) və ən yaxşı toppaylayıcı adıma Nedife Elif ("Fənərbağça", Türkiyə) layiq görülüb.

Xəbər 1133 dəfə oxundu.