“Fənərbağça” klubu İngiltərə Premyer Liqasından futbolçu transfer etmək istəyir
Türkiyənin “Fənərbağça” futbol klubu yeni mövsüm üçün transfer çalışmalarına başlayıb.

Komandanın hücum xəttində ciddi dəyişikliklər olacaq.

Enner Valensiyanın müqaviləsi cari mövsümün sonunda başa çatacaq və futbolçunun komandadan ayrılacağı düşünülür. Serdar Dursunun isə oynamaq şansı olmadığı üçün komandanı tərk edəcək.

İstanbul təmsilçisi İngiltərə Premyer Liqasında çıxış edən “Kristal Pelas”ın futbolçusu Vilfrid Zahanı transfer etmək istəyir. Futbolçunun “Kristal Pelas” ilə müqaviləsi mövsümün sonunda başa çatır və o, anlaşmanı yeniləməyi düşünmür. “Fənərbağça” rəsmiləri futbolçunun menecerini “Trabzonspor” ilə matça dəvət edərək danışıqlar aparıblar. Futbolçunun mövsümün sonunda qərar verəcəyi gözlənilir.

Qeyd edək ki, 30 yaşlı futbolçu ilə həm Səudiyyə Ərəbistanı, həm də Avropanın nəhəng klubları da maraqlanırlar.

Xəbər 104 dəfə oxundu.