“Zalsburq” klubu ardıcıl onuncu dəfə Avstriya çempionu adını qazanıb
Futbol üzrə Avstriya Bundesliqasında 2022-2023-cü il mövsümünün qalibi məlum olub.

Çempion adını “Zalsburq” klubu qazanıb. Komanda turnirin 30-cu turunda "Şturm Qraz"ı 2:1 hesabı ilə məğlub edib. Xallarının sayını 45-ə çatdıran “Zalsburq” sona iki tur qalmış “Şturm Qraz” üçün (39 xal) əlçatmaz olublar.

“Zalsburq” ardıcıl 10-cu dəfə bu titula sahib çıxıb. Onların Avstriya Bundesliqasında, ümumilikdə, 17 çempionluğu var.

Xəbər 107 dəfə oxundu.