“Mingəçevir” AFFA U-12 Qızlar Liqasının qalibi olub
AFFA-nın təşkil etdiyi AFFA U-12 Qızlar Liqasının 2022/2023-cü il mövsümünə yekun vurulub. Mövsümün final qarşılaşmasında “Xırdalan City” və “Mingəçevir” komandaları üz-üzə gəliblər.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən “Mingəçevir” komandası rəqibini 3:2 hesabı ilə məğlub edərək AFFA U-12 Qızlar Liqasının qalibi olub.

Gəncənin “Ümid-TİM” komandası isə mövsümü üçüncü pillədə tamamlayıb.

Binə stadionunda keçirilmiş final qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub.

“Xırdalan City” komandasının üzvü Xədicə Rəhimova mövsümün ən yaxşı futbolçusu seçilib. “Şamaxı”nın oyunçusu Sara Səlimova 60 qolla mövsümün ən məhsuldar oyunçusu olub.

“Mingəçevir” komandasının üzvü İradə Əsədli isə mövsümün ən yaxşı qapıçısı adına layiq görülüb.

Mükafatları AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, Qadın futbolu departamentinin rəisi Əminə Həsənova, U-15 (Qızlar) milli komandasının baş məşqçisi Xanlar Əliyev və köməkçi məşqçi Kader Alimova təqdim ediblər.

Xəbər 99 dəfə oxundu.