Bakıda keçiriləcək Avropa çempionatının oyunlarına “Sərhədçi” İdman Mərkəzi ev sahibliyi edəcək
İyulun 29-dan avqustun 6-dək Bakıda 18 yaşadək oğlan basketbolçular arasında keçiriləcək Avropa çempionatının oyunlarına “Sərhədçi” İdman Mərkəzi ev sahibliyi edəcək.

Bu sözləri məxsusi müsahibəsində Azərbaycan Basketbol Federasiyasının mətbuatla əlaqələr şöbəsinin müdiri Sənan Əliyev bildirib.

Sənan Əliyev qeyd edib ki, komandamız baş məşqçi Tahir Baxşıyevin başçılığı ilə mütəmadi olaraq təlim-məşq toplanışında iştirak edir. Həmçinin yarışlara hazırlıq məqsədi ilə idmançılarımız Gürcüstanda hazırlıq prosesinə qatılırlar. Avropa çempionatının C divizionunun A qrupunda yer alan millimiz Malta, Kipr və Moldova komandaları ilə qarşılaşacaq.

Xəbər 119 dəfə oxundu.