“Real Madrid” klubu Avroliqanın qalibi olub
İspaniyanın “Real Madrid” basketbol klubu Avroliqanın qalibi olub.

Çempionluq uğrunda görüşdə Madrid təmsilçisi Yunanıstanın “Olimpiakos” komandasını 79:78 hesabı ilə məğlub edib. Matç Litvanın Kaunas şəhərindəki “Jalgiris Arena”da keçirilib.

Üçüncü yer uğrunda görüşdə isə “Monako” klubu “Barselona”dan üstün olub – 78:66.

Turnirin yarımfinal mərhələsində “Olimpiakos” komandası “Monako”ya 76:62, “Real Madrid” klubu isə “Barselona”ya 78:66 hesabı ilə qalib gəlib.

“Olimpiakos” sonuncu dəfə 2013-cü, “Real Madrid” isə 2018-ci ildə turnirin qalibi olub.

Xəbər 112 dəfə oxundu.