Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb
Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanov Beynəlxalq Üzgüçülük Şöhrət Zalının (ISHOF) Su İdmanı Mükafatına layiq görülüb.

Hər il keçirilən mükafatlandırma mərasimi su idmanının inkişafına böyük töhfələr verən şəxslərə və ya təşkilatlara təqdim olunur.

Qurum 2023-cü ilin qaliblərini elan edib. Bu il mükafatlara rəqabətli üzgüçülük üzrə Mike Unger, su polosu üzrə Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Mark Koqanov, dalğıc idman növü üzrə Ellie Smart, bədii sinxron üzgüçülük üzrə Maria Joze Bilbao Brunel, su təhlükəsizliyi üzrə Cullen Jones və istirahət üzgüçülüyü üzrə isə Sofia Forte layiq görülüblər.

Mükafatların təqdim etmə mərasimi sentyabrın 29-da ABŞ-ın Florida ştatının Fort Lauderdeyl şəhərində keçiriləcək.

Xəbər 151 dəfə oxundu.